azia.az
azia.az

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

18-12-2020, 13:24

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

Azia.Az xəbər verir ki, Sabah paytaxtın bəzi küçə və prospektlərində dezinfeksiya aparılacaq.

Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bildirlib ki, COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi