azia.az
azia.az

Səhiyyə Nazirliyi: Təhsil müəssisələri ayda 2 dəfə dezinfeksiya ediləcək

18-02-2016, 12:14

Səhiyyə Nazirliyi: Təhsil müəssisələri ayda 2 dəfə dezinfeksiya ediləcək Azərbaycanın Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri və Abşeron rayonundakı təhsil müəssisələrində A/H1N1 virusu təhlükəsi ilə əlaqədar dezinfeksiya işlərinin həyata keçirilməsi başa çatdırılıb. Amma buna baxmayaraq, bundan sonra mütəmadi olaraq, ayda 2 dəfə dezinefskiya işləri aparılacaq.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, dezinfeksiya tədbirləri yalnız A/H1N1 virusu ilə əlaqədar deyil, bütün yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə həyata keçirilir.
A.Əliyeva deyib ki, A/H1N1 virusunun qeydə alınmaması üçün hazırda ölkədə bütün profilaktik tədbirlərin icrası gücləndirilmiş qaydada davam etdirilir. A/H1N1 virusunun ölkəyə gətirilməsinin qarşısının alınması üçün sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib, eyni zamanda, Azərbaycandakı bütün tibb müəssisələri tərəfindən gündəlik nəzarət işləri aparılır.
Mərkəzin direktor müavini A/H1N1 virusu ilə əlaqədar əlavə tədbirlərin icrasının nəzərdə tutulmadığını da əlavə edib.
A.Əliyevanın sözlərinə görə, Azərbaycanla həmsərhəd ölkələrdə A/H1N1 virusunun qeydə alınmasına baxmayaraq, ölkəmizdə indiyədək bu virusun gətirilməsi halı baş verməyib. Azərbaycanda yalnız kəskin resperator virus infeksiyaları müşahidə edilir: “Ağır vəziyyətdə olan xəstələrdən yaxmalar götürülür, Respublika Taun Əleyhinə Stansiyada nümunələr yoxlanılır. Bu günədək aparılan müayinələr nəticəsində A/H1N1 virusu aşkar edilməyib. Yəni vəziyyət sabit olaraq qalır. Həmsərhəd olan ölkələrdə də vəziyyət artıq sakitliyə doğru gedir”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosundan Trend-ə verilən məlumata görə, Azərbaycan qripin intensivliyinə görə aşağı səviyyəli ölkə hesab edilir. Azərbaycan qripin yayılmasına görə, Avropa regionunda sporatik, yəni təsadüfi rast gəlinən, tendensiyasına görə isə azalma müşahidə edilən ölkə kimi dəyərləndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi