azia.az
azia.az

Düşmənin belini qıran qəhrəman neftçilər - FOTO

4-12-2020, 19:43

Düşmənin belini qıran qəhrəman neftçilər - FOTO

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən Müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq, işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında Azərbaycan hərbçiləri böyük şücaət göstərib.

“Qarabağ Azərbaycandır!” şüarı ilə on minlərlə Azərbaycan igidi, oğul və qızları silaha sarılıb işğal altında, erməni tapdağı altında olan torpaqlarını azad etməyə getdi. Müharibəyə yollananlar arasında dövlət qurumlarında çalışan minlərlə vətənpərvər şəxs də oldu.

Azia.Az qəhrəmanlarımızı xalqa təqdim etmək məqsədilə dövlət qurumlarına müraciətlərini ünvanlayıb. Bu istiqamətdə 500-ə yaxın əməkdaşı Qarabağın azadlığı uğrunda döyüşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qəhrəmanlarını təqdim edirik:

Atalarının layiqli davamçısı olan oğullar.

II Qarabağ Müharibəsində qələbəyə imza atan əsgərlərimizin bir çoxunun atası I Qarabağ Müharibəsi veteranıdır. Atalarının layiqli davamçısı olan oğullarımız Qarabağda zəfər çaldılar. 23 yaşlı qəhrəmanımız Əmir Cəfərov kimi...

Ə.Cəfərov SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində qazmaçı peşəsinin sirlərini öyrənib. Təcrübədə olmasına baxmayaraq, Qarabağ savaşı başlayan kimi könüllü Vətənin müdafiəsinə yollanıb.

Daşaltı, Laçın, Şuşa, Qırmızı Bazarda düşmənin qərargahı və canlı qüvvəsinin məhv edilməsi, eləcə də, bir sıra yüksəkliklərin işğalçılardan azad olunması əməliyyatlarında Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşüb.

Belə oğullar arasında Mənsur İsalı da var. Mənsur Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. O, “Azəriqaz”da qaz kəmərlərinin sökülməsi sahəsində çalışır.

Bu gün bir çox SOCAR əməkdaşı işğaldan azad edilmiş torpaqlarımızda hələ də tarix yazmaqda davam edir. Müharibənin bitməsinə baxmayaraq, onlar hələ də Vətəninin keşiyindədirlər. Vətənimiz Azərbaycanın onlar kimi oğulları ilə qüdrətlidir! Azərbaycan bu cür oğulları ilə qürur duyur və onların haqqı heç zaman qaytarılmayacaq.

Qarabağ Azərbaycandır!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi