Türkiyə XİN başçısı: “Azərbaycanın işğal altındakı torpaqlarını təkbaşına azad etməyə gücü çatır”
“Azərbaycanın təkbaşına işğal altındakı torpaqlarını azad etməyə gücü çatır. Biz dövlət, millət olaraq Azərbaycanın yanındayıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin BMT, ATƏT qərarları ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib.
Türkiyə XİN başçısı bildirib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı konkret addımlar görməyib.