azia.az
azia.az

Öz ölümünü saatbasat qeydə adı

22-11-2018, 00:39

Öz ölümünü saatbasat qeydə adı


Azia.az təqdim edir. Zəhərli ilan sancmasından ölən həkimin gündəliyi – Öz ölümünü saatbasat qeydə alıb- ŞOK
Məşhur herpetoloq Karl Şmidt 1957-ci ildə zəhərli ilan sancamasında ölüb. O dövrdə hələ zəhər əleyhinə zərdab olmadığından və həkimi sancan ilan təhlükəli hesab edilmədiyindən Şmidt xəstəxanaya gedərək həkim yardımı almasından imtina etmişdir. O, ilan sancmasından sonra insan orqanizmində baş verəcək dəyişiklikləri bir həkim kimi qeydə almaq şansını da qaçırmamaq üçün vəziyyəti barədə gündəlik yazmışdır.

Medicina.az xəbər verir ki, 76 santimetrlik ilanı laboratoriyada tədqiq edən herpetoloq Şmidt korall ilanlar üzrə ən yaxşı mütəxəssis idi və 200-ə kimi ilana ad qoymuşdu.
Öz ölümünü saatbasat qeydə adı

Cavan ilanın əlvan naxışları, başının forması Afrika ilanı bumclanqı xatırladırdı.
İlanı qəbul etdikdən sonra dəftər açan alim ilan qaldıraraq onun quyruq altında olan plastiniə baxmaq üçün ilanı yuxarı qaldırır. Bu zaman ilan onun sol əlinin barmağını dişləyir. Həkim özünə ilk yardım edib, barmaqdan bir xeyli qan sıxır və sarıyaraq, həkimə getmək əvəzinə, işlərinə davam edir. O, sonrakı 24 saat ərzində bu ilanın zəhərinin insana necə təsir etdiyini müşahidə edərək qeydlər edir.

Ola bilsin ki, Şmidt bu növ ilan zəhərinin öldürücü olmadığına əmin idi. Ona görə bu zəhərin ona sadəcə bir az sərt təsir edəcəyini güman edərək, evə gəlmiş və ömrünün son saatlarını özü də bilmədən yazıbmış.

Amerikada həkimin gündəliyindəki qeydlərin videoyazısı üzə çıxarılmışdır.
Gündəlikdə bunlar yazılmışdı:

16:30-17:30 – güclü ürəkbulanma. Qusma yoxdur. Xomvuda ( evə) kimi şəhər qatarı ilə gəldim
17:30-18:30 – güclü titrətmə, hərarət, 38,8 dərəcəyə çatıb. Damaqdan qanaxma var.
20:30- südlü tost yedim

21:-00 -00: 20 – yaxşı yatmışam
Gecə sidiyə qalxdım, sidikdə az qan var idi
4:30- 2 stəkan su içdim, qaytardım, ürək bulanma. Sonra yüngülləşdim və 06: 30-a kimi yatdım.

Səhər ona tibbi yardım çağırmaq təklifi olunub, amma o imtina edib. Maraq ona güc gəlmiş və o eksperimenti sona kimi aparmaq istəmişdi.

26 sentyabr, 06:30- hərarət 36,7. Səhər yumurta, çörək yedim, qəhvə içdim. Ağız və burnumdan qan gəlir, lakin çox azdır. Ağrı yoxdur.
13:30 – Qan çoxaldı.

Bu vaxt o arvadını çağırdı və elə otaqdaca qaytarmağa başladı. Arvadı həkim çağırır, Şmidt artıq huşsuz idi. Elə yoldaca ona reanimasion müdaxilə olunsa da, xəstəxanaya çatmamış o keçindi.

15:00-da o artıq ölü idi. Həkimlər tənəffüs iflicini ölüm səbəbi kimi qeyd etdi. Meyitin baxışı göstərdi ki, ağciyərlərdə qanaxma olmuşdu. Belə ki, Karl Şmidt daxili qanaxmadan ölmüşdü.


İlan Afrikanın ən zəhərli ilanı imiş

Karlın ölümündən 20 il sonra alimlər təyin etdi ki, bumslanq Afrikanın ən zəhərli və qorxulu ilan növüdür. Onun dişləməsi qanın laxtalanmasını pozur, çoxlu tromblar yaradır və daxili qanaxma törədir. Qurban çox qanitirmədən ölür.

Alimlər hesab edir ki, Şmidt hətta xəstəxanaya vaxtında getsəydi də bu cür ilan zəhərinə qarşı zərdab olmadığından onu xilas etmək mümkün olmayacaqdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi