azia.az
azia.az

HB Güvən Klinikasında 5 aylıq körpənin ayağını lazımsız yerə əməliyyat etmək istəyən həkim kimdir? - ŞİKAYƏT

26-08-2020, 13:16

HB Güvən Klinikasında 5 aylıq körpənin ayağını lazımsız yerə əməliyyat etmək istəyən həkim kimdir? - ŞİKAYƏT

Azia.Az xəbər verir ki, özəl klinakalrda çalışan həkimlərdən şikaytlər artmaqda davam edir. Bu nşikayətlər həkimlərin lazım oldu olmadı bahalı dərmanlar yazmasından, xəstələrə lazım olmayan cərrahi əməliyyat etmələrinə qədər böyük spektrı əhatə edir. Sosial şəbəkə istifadəçisi Fəridə İsayeva (Farida Isayeva ) nın şikayəti də bu qəbildəndir. Fəridə xanım şikayətində yazır:
"Salam. Şikayətim HB Güvən Klinikasından, o cümlədən orda çalışan Op. Dr. İlham Hacıyevdəndir. Belə ki, 2019-cu ilin avqust ayında 5 aylıq bacımqızını İlham Hacıyev müainə etmişdir. MRT apartına saldıqdan sonra bizə bildirdi ki, bud sümüyü çanağa düzgün oturmayıb və müalicə üçün artıq çox gecikmişik. Tək yol əməliyyat etməkdir. Təcili şəkildə elə həmin həftə əməliyyat etməli olduğumuzu bildirdi (yəni, ödənişi nə qədər tez eləsəniz, o qədər də tez əməliyyat edəcəyik-əməliyyat xərci-1000 AZN). Əməliyyat edərək problemi aradan qaldıra biləcəyimizi söylədi və 3 ay müddətində 5 aylıq körpənin ayağının gipsdə qalmalı olduğunu bildirdi."
"Daha sonra bir başqa həkimə müraciət etdik, həkim müalicənin hələ də mümkün olduğunu bildirdi. Hətta əməliyyat gərəklidirmi deyə soruşduqda 5 aylıq körpəni əməliyyat etmək fikrini eşidəndə təəccüblə baxıb bunu ən son halda edilməli olduğunu bildirdi.
1-ildən az bir zamanda problem aradan qalxdı və hazırda bacımqızı rahat şəkildə hərəkət edir və gəzir.
Bu şikayətin əsas məqsədi bizim kimi problem ilə üzləşən valideyinlərə xəbərdarlıqdır. Valideyinlərin zəif nöqtələrindən istifadə edərək pul qazanmağı hədəfləmiş həkimlərə inanmayın!"

Azia.Az yazır ki, qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi