azia.az
azia.az

Falçıların tükürpədən əməlləri - Qadınların... qanını içizdirirlər

18-12-2019, 17:50

Falçıların tükürpədən əməlləri - Qadınların... qanını içizdirirlər
Dünyanın ən böyük internet ortamı olan rəqəmsal kitabxanalarından nə yazıq ki, dolandırıcılar, cadugərlər və medyumlar çox yararlanır.

Şarlatanlar texnoloji yeniliklərdən öz pis əməlləri üçün istifadə edirlər.

Hazırda internetdə virtual xidmət göstərən, insanları aldadan onlarla saxtakar baxıcılar var.

Ən dəhşətlisi isə odur ki, internetdə insanlara kəf gələn belə cadugərlərin fəaliyyətinə heç bir şəkildə müdaxilə olunmur. Dünyaca tanınmış internet saytların vikipediyaları belə bağlanırkən, belələrinə “gözün üstə qaşın var” deyən yoxdur.

Bu saxtakarlar sadəcə sayt yaratmaqla kifayətlənmir, istədikləri kimi sosial şəbəkələrdən yararlanır və “online” bağlantı quraraq insanları həm maddi, həm də mənəvi istismar edirlər.

Virtual falçılar

Dünyada texnologiyanın belə inkişaf etdiyi bir zamanda insanlarımız hələ də caduya, pitiyə, saxta mollalara inanırlar. Üstəlik bu ağılsız inam texnologiya ilə birləşəndə ağrılı, təəssüf doğuracaq mənzərə yaranır.

Sosial media və ağıllı telefon istifadəsinin artığı bir dövrdə insanların duyğusal boşluqlarını, yaşama, həyata dair gözləntilərini istismar edən şarlatanlar da çağdaş vasitələrdən geninə-boluna istifadə edirllər.

Əvvəlki sevgilini geri gətirmə cadusu

Keçmiş falçılar kimi, indiki virtual baxıcılar da, onlara üz tutanlara xoşbəxt gələcək vəd edirlər. Təbii ki, təmənnasız yox, alacaqları maddi vəsaitin qarşılığında.

Vədlər verib cadu edənlər bununla bir çox şeyləri bacardıqlarını iddia edirlər.

Əlbəttə ki, onlar bununla kifayətlənmirlər. Aralarında sevgilisindən ayrılanları yenidən birləşdirməyi vəd edənlər, başqalarının həyatına təsir edəcəyini dəyənlər, qara magiyanın gücü ilə sevməyən insanları biri-birinə calayanlar…

Bütün bu əməllər üçün onlar carəsiz adamlarla bazarlaşırlar.

Bu inancın özəlliyi isə onların qarşısındakını fərqli yetənəyə sahib olmalarına inandırmaqdır. Onlar arasında ünlü din alimlərindən dərs aldığını, elədikləri cadulara Allahın izni olduğunu deyənlər də var.

Sabun cadusu

Məhəbbət duası, bağlama, geri gətirmə, geri göndərmə, evlilik, ayırma, soyutma kimi dualara sifarişlər daha çoxdur.

Amma bəzi elə cadular var ki, onları eşidəndə insanın qanı donur.

Falçılar üçün cadular arasında bəlkə də ən sadəsi çinsi münasiibəti bağlamadır. Düyünlər, qıfıllarla olunan bu cadunun gücüylə onlar insanlar arasındakı fiziki yaxınlığı əngəllədiklərini iddia edirlər.

Sabun cadusu isə qara magiyanın ən təsirlisi olaraq tanınır. Bunu insanlar sevmədikləri hər hansı bir insana sıxıntı vermək və xoşbəxt həyatlarını alt-üst etmək üçün istifadə olunur. Bəzi cadugərlər bundan hər hansı bir insanın ölməsi üçün də istifadə olunduğunu, hətta bəzi baxıcıların bunu eləməkdən boyun qaçırdığı da bildirilir.

Ən dəhşətli və iyrənc cadu

Cadular arasında ən dəhşətli və iyrənc üsullardan biri də var ki, bu hətta onun haqqında oxuyanları belə dəhşətə gətirir.

“Adət qanı” adlandırılan bu caduda kişiyə evləndirmək istədikləri qadının adət qanından istifadə edirlər. Onların iddiasına görə, bu cadu tez təsir edən üsullardan biridir.

Cadugərlər insanlarla necə bağlantı qurur?

Bunuçün onların çeçidli yöntəmləri və öz adamları var. Onlar “e-mail” yolu ilə qiyməti danışır, daha sonra canlı bağlantı yaxud social media hesabından ünsiyyət qurmaqla istəklərinə nail olurlar.

Onların əksəriyyəti özlərini alim, hoca adlandıraraq insanların diqqətini çəkməyə çalışırlar. Bəziləri isə gerçək adlarını və üzlərini gizlətmir ki, insanların onlara inam hissi daha da artsın.

İslamda ən böyük günah

Cadu, bir insana pislik etmək üçün ayələrdən istifadə olunması, gələckdən xəbər verilməsi kimi əməllər islam inancında ən böyük günah sayılır və kəskin şəkildə yasaqlanır.

Çünki düyün vuran, cadu edən insan Allaha şərik qoşmuş olur ki, bu da ən bağışlanılmayan günahdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi