Qara cadugərlərin öldürdüyü ağ adamlar - ALBİNOSLAR
Dümağ bədənli, fosfor gözlü, saçı, qaşları, kirpikləri gözəgörünməz dərəcədə ağ olan varlıqlar...
Söhbət arada-sırada ətrafımızda, filmlərdə ağ adam kimi gördüyümüz albinoslardan gedir. O albinoslar ki, bütün insanlar üçün həmişə maraq obyektidirlər.
Albinizm cəmiyyətimizdə çox az rast gəlinən nadir xəstəliklərdən biridir. Xəstəlik elmi dildə "albinos" adlanır. Bu söz latın dilində "alba" sözündən törəyib və "ağ" deməkdir. Cəmiyyətdə belə insanlara "fosfor adamlar" da deyirlər.
Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir. Onların bu formada doğulması çox vaxt dəqiq izah edilə bilinmir. Bəzi mülahizələrə görə, bu gendə olan mutasiya ilə bağlıdır. Əslində mütəxəssislər albinizmi xəstəlik hesab etmirlər. Amma albinosluq həm də xəstəlik sayılır. Çünki onların anadangəlmə orqanizmində hipofizin orta payının dəriyə rəng verən piqmenti - funksional çatışmazlığıdır. Albinizm irsidir və müalicəsi yoxdur. Albinosların gözləri zəif olur. Həmçinin onlar işığa qarşı həssas olur. Göz rəngləri geyim rənginə görə, dəyişir. Eyni zamanda onlar dəri xərçənginə meyllidirlər. Sağlamlıq, intellekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.
Alimlərin araşdırmasına görə, Avropada hər 20 min nəfərdən biri, dünyada isə hər 17 min insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos Nigeriyadadır. Nigeriyada hər 3 min adamdan biri albinosdur.
Albinizmə nəinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə hər 10 min heyvandan biri albinosdur.
Müxtəlif ölkələrdə albinoslar aşkar ayrı-seçkiliyə məruz qalırlar. Hər il onlarla albinos öldürülür. Bəzi Afrika ölkələrində cadugərlər albinosları öldürüb, onların bədən üzvlərini kəsərək uğurgətirici amulet kimi satırlar. Məsələn, Tanzaniyada bu insanları dini mərasimlərdə öldürürlər. Burada cadugərlər albinosların saç, qol, ayaq və qan kimi bədənlərindən alınan parçaları insanları zəngin edəcəyi qarşıya qoyulan bir iksir kimi istifadə edirlər. Bu baxımdan bir çox ölkələrdə albinoslar hüquqlarını müdafiə etmək üçün öz təşkilatlarını yaradıblar.
Araşdırmalara əsasən, albinizmin 3 növü müəyyən edilib - bütün bədəni əhatə edən albinizm, göz albinizmi, dəri albinizmi. Tam albinizm zamanı dəri, tüklər ağ, gözlər isə qırmızı rəngdə olur. Dəri albinizmində gözlər normal olsa da, dəri və tük piqmentsiz olur. Göz albinizmində isə gözlər piqmentsiz, dəri və tük normal rəngdə olur.
Albinosların gözləri çox pis görür. Belə xəstələrin gözləri yaş keçdikcə zəifləməyə başlayır. Dəriləri isə günəşə qarşı çox həssas olur. Albinoslar özlərini günəş şüalarından çox diqqətlə qorumalıdırlar, çünki onlarda dəri xərçənginə tutulmaq riski çox yüksəkdir. Onlar xüsusi qoruyucu eynək taxmalı və bütün bədəni örtən paltar geyinməlidirlər. Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdən biridir.
Albinoslarla bir çox ölkələrdə hələ sağ ikən müqavilə bağlanılır, onlara pul ödənilir. Onlar dünyasını dəyişdikdən sonra isə sümüklərindən texniki məsələlər üçün istifadə edirlər.
Statistikaya görə, dünya əhalisinin təqribən 1 faizi albinosdur. Hər 20 min avropalıdan biri albinosdur.
Dünyada ən böyük albinos ailəsi Hindistanda yaşayır. Ata Rozituray Pullan, həyat yoldaşı Mani və 6 uşaqları birlikdə bu ailənin tərkib hissəsini təşkil edir. Bundan əlavə, ailənin böyük qızı Renu başqa albinos Roshiha ailə qurub. Bu albinos cütlüyün də Caramrac adlı albinos oğulları var. Ümumilikdə Pullan klanı 10 albinosdan ibarətdir.
Qeyd edək ki, ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkənlərə diqqət yetirilir. Belə ki, 2006-cı ildə albinoslara həsr olunmuş "Ağ adam" filmi ekran üzü görüb. Bu filmdə baş rollardan birini albinos oğlan ifa edir.