Dodaqlar və cinsi orqanlar… – Yağış üçün QANLI CADU OYUNLARI
Uqandada cadugərlər yağışı çağırmaq və quraqlıqdan xilas olmaq üçün uşaqları qurban verirlər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Religion news service” nəşri yazıb.
Afrika ölkəsi yarım əsr ərzində ən güclü quraqlıqla üz-üzədir. Quraqlıq 1,5 milyon insanı aclıq təhlükəsiz ilə qarşı-qarşıya qoyub. Yerli sakinlərin çoxu inanır ki, ruhlar özləri ilə yağış gətirirlər.
Yalnız sentyabr ayında hüquq-mühafizə orqanları ayinlərlə törədilən qətllər üzrə 44 şübhəlini saxlayıb. Onlardan biri artıq səkkiz qətl hadisəsini etiraf edib.
2015-ci ildə 7 uşaq və 6 yaşlı insan, 2016-cı ildə isə 7 uşaq və 2 yaşlı insan cəsədinin qalıqları tapılmışdı. Qurbanlarda qulaqlar, dişlər, dodaqlar və cinsi orqanlar kəsilmişdi.
Polis hesab edir ki, ölkədə əslində ayin qətlləri daha çoxdur, sadəcə bütün qurbanların bədənləri tapılmır.
Qeyd edək ki, 2013-cü ildə “Humane Africa” təşkilatının “Uqandada qurbanlar və şikəst uşaqlar” haqqında məruzəsi əsil şok yaratmışdı.
Təşkilatın məlumatına görə, ölkədə uşaq qurbanetmələri mütəmadi olaraq baş verir. Demək olar ki, hər həftə bir uşaq ölür. Həm də bu, ayinlər zamanı törədilən qətllərlə baş verir. Belə ayinlər artıq biznesə çevrilib. Bir neçə il öncə Uqandanın paytaxtı Kampalendə həbs olunan bir biznesmen oğlan uşağının qətlini sifariş verməkdə günahlandırılırdı. O, uşağın bədəninin hissələrini öz tikinti sahəsində basdırmışdı. Biznesmen ömürlük həbsə məhkum edilmişdi.
Yerli biznesmenlər bununla böyük layihəni işə salmamışdan öncə ruhları təmin edərək, onlardan “dəstək” alırlar. Qurbanları cadugərlərə hətta yaxın qohumları da gətirir.
2011-ci ildə bir müştəri 12 yaşlı qardaşı oğlunu kahinə gətirərək bildirdi ki, uşağın qanı ruhlara lazımdır. Buna görə o, pul tələb edirdi. Bəzən cadugərlər sifarişçilərdən öz uşaqlarını qurban verməyi tələb edərək, onları yoxlayırlar. Nəticədə, bəzi valideynlər mərasimdən imtina edirlər.