Manat bahalaşıb
2018-ci il ərzində manat dollara qarşı dəyişməsə də, əsas tərəfdaş ölkələrin valyutalarına nisbətdə bahalaşıb.
AZIAZ.Az xəbər verir ki, Mərkəzi Bankın “Pul siyasəti icmalı”na görə, Azərbaycan manatı ABŞ dollarına qarşı 0.01%, türk lirəsinə qarşı 28.6%, avroya qarşı 4.1%, funt sterlinqə qarşı 5.9%, rubla qarşı 16.9% möhkəmlənib.
İcmalda bildirilir ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 6.1% möhkəmlənib.
Qeyd edək ki, ötən il ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələrin payına düşüb.