azia.az
azia.az

İstehlakçılara satılan məhsulun məbləği artıb

21-09-2016, 09:01

İstehlakçılara satılan məhsulun məbləği artıb
2016-cı ilin yanvar-avqust aylarında istehlakçılara 18463,7 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox məhsul satılıb

Dövlət Statistika Komitəsindən bildirilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,2 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8 faiz artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,5 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi