azia.az
azia.az

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

Bu gün, 08:17

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək.

 Xəbər verilir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

 Tədbirin əsas icraçısı Dövlət Turizm Agentliyi, digər icraçıları isə Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirlikləridir.

 Sənədə əsasən, 2026-2027-ci illərdə subsidiya şərtlərinin müəyyən edilməsi, normativ hüquqi akt layihələrinin hazırlanması və təsdiqlənməsi, subsidiya mexanizminin tətbiqinə başlanılması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi