azia.az
azia.az

“Siyəzən Broyler”in “KənDad” məhsuluna ETİRAZ! - QALMAQAL

23-06-2022, 11:42

“Siyəzən Broyler”in “KənDad” məhsuluna ETİRAZ! - QALMAQAL
Yerli quş əti istehsalçı “Siyəzən Broyler” ASC "KənDad" markalı məhsulunun satışını gücləndirir. Şirkətin "KənDad" ticarət nişanı və “kəndin adı, kəndin dadı” sloqanı müzakirələrə səbəb olub. Bir neçə gün öncə “kənd toyuğu” adı ilə Belarus toyuqları satdıqlarına görə cərimələnən idxalçılar bu ifadənin də "Kənd toyuğu" ifadəsilə eyni dərəcədə istehlakçılara yanlış məlumat verdiyini iddia edilər. Belə bir vəziyyət Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının da Assosiasiyanın apardığı mübarizəsiyə zidd ola bilər. Bir müddət əvvəl APEPEA-nın yaydığı məlumatında qeyd edilmişdi: "Belarusdan gətirilən və broyler fabrikində istehsal olunan toyuqların üzərində “Kənd toyuğu” yazılmasıdır. “Broyler fabriki necə kənd toyuğu istehsal edə bilər?"

Həmçinin APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Belarus toqyularının Azərbaycana idxalı ilə məşğul olan "AFM" MMC-nin Direktoru Anar İsmayılov ilə görüşündə demişdir: "Siz bu toyuğu gətirib üzərinə “Kənd toyuğu” yazıb satmaqla istehlakçıların hüquqlarını pozursunuz, onları aldadırsınız. Bu, həm də qanun pozuntusudur. Eyni zamanda yerli quş əti istehsalçılarının mənafeyinə zərbə vurursunuz”.

Belarusdan toyuq əti idxalı ilə məşğul olan iş adamı Anar İsmayılov Marja-ya bildirdi ki, əgər APEPEA-nın sədri Mürvət Həsənlinin dedikləri bütün şəxslərə aiddirsə, “Siyəzən Broyler” də fabrik olduğundan "KənDad" ticarət nişanı və “kəndin adı, kəndin dadı” sloqanı ilə məhsul istehsalını dayandırmalıdır.
““Kəndin adı, kəndin dadı” nə deməkdir?! Elə bu sloqandan da “kənd toyuğu” demək çıxır. “Siyəzən Broyler”in kənd şəraiti var? Bizə məhsullarımızın üzərində “kənd toyuğu” yazmaq olmaz, amma “Siyəzən Broyler” oxşar addan istifadə edə bilər?!”, - Belarusdan toyuq ətinin idxalı ilə məşğul olan “AFM” MMC-nin təsisçisi və direktoru Anar İsmayılov Marja-ya bildirdi.

AQTA: FABRİK TOYUQLARININ "KƏND TOYUĞU" ADI ALTINDA SATILMASI İSTEHLAKÇILARIN ALDADILMASINA SƏBƏB OLUR



Xatırladaq ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) mətbuata təqdim etdiyi məlumatlardan sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Belarus toyuqları" ilə bağlı məsələyə aydınlıq gətirmişdir.

AQTA bildirmişdir ki, sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində “ikinci sort dondurulmuş toyuq” qeyd olunmasına baxmayaraq, “kənd toyuğu” və ya “Belarus kənd toyuğu” adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olur. Göstərilənlərə əsasən, həmin şirkətlərdə plandankənar yoxlama aparılıb və sözügedən toyuq məhsullarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib. Geri çağırılmış məhsullarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

““SİYƏZƏN BROYLER”İN TOYUQLARININ KƏND TOYUQLARINDAN HEÇ BİR FƏRQİ YOXDUR”

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli iddialara cavab verib. O Marja-ya açıqlamasında qeyd edib ki, “Siyəzən Broyler”in toyuqlarının kənd toyuqlarından heç bir fərqi yoxdur:

“Bizim əsas mübarizəmiz Belarusdan idxal edilən 2-ci növ toyuqların, yəni çıxdaş edilmiş, yumurtadan kəsilmiş qoca toyuqların “kənd toyuğu” və “Belarus kənd toyuğu” adları ilə satılaraq istehlakçıların ciddi aldadılmasına qarşı idi. Bu toyuqlar Belarusdan əsasən ən kasıb Afrika ölkələrinə göndərilir və ya Belarusda kolbasa və sosiska istehsalında istifadə edilir. Biz mübarizə aparırdıq ki, bu məhsullar Azərbaycana gətirilməsin, çünki bu toyuqların 24 həftəsindən sonra heç bir xəstəliyə qarşı vaksin proqramı olmur. Yumurtadan kəsilən vaxtadək bu toyuqlar nə dərman, nə də vaksin olunur, ona görə xəstə toyuq kimi qəbul edilir. Yumurtadan kəsilmiş toyuq yumurtladığı dövrdə ətinin vitaminlərinin, ətinin böyük hissəsini itir. Bu toyuqların sümüyünün çəkisi ətindən çox olduğuna görə istehlakçılar aldadılırdı.
“Siyəzən Broyler”in “KənDad” məhsuluna ETİRAZ! - QALMAQAL
Məndə olan məlumata görə, “Siyəzən Broyler”in “KənDad” markası bazarda 3-4 ildir mövcuddur, amma son vaxtlar geniş tanıtmağa başlayıblar. Məhsulun üzərində “Kənd toyuğu” deyil, “KənDad” yazılıb. Həmçinin məhsulun üzərində “Siyəzən Broyler” ASC-nin istehsalı olduğu da qeyd edilib. Bu, istehlakçının aldadılması deyil. “Siyəzən Broyler” fabriki nəyinki Cənubi Qafqazda, Rusiyadakı fabriklər ilə yarışa biləcək səviyyədədir. Bu fabrikin gündə 350-380 min toyuq kəsmək qabiliyyəti var, ölkənin toyuq ətinə olan təlabatının 60-70 faizini ödəyə bilər. Son dövrlər fabrikdə çox böyük yenilənmələr olub. “Siyəzən Broyler”də qurulan kəsimxanalar çox müasir səviyyədədir. Müasir yem zavodu qurulub, 60-a yaxın fermalar tikilib. Nümunə ola biləcək, bizim qürur duya biləcəyimiz bir fabrikdir.

“Siyəzən Broyler”in “KənDad” markası ilə satılan toyuq əti məhsulu ətlik, yeriyən toyuqlardır. Əgər kənd toyuqları çəmənliyin işərisində təbii qidalanıb böyüyürsə, “Siyəzən Broyler”də də ətlik istiqamətli toyuqlar buğda, soya, qarğıdalı qəbul edirlər. Fabrikdə toyuqlar vitaminləri emal olunmuş şəkildə, kənd toyuğu isə göydən-göyərtidən, cücülərdən, çəyirtkələrdən alırlar. Eyni bir şeydir, hər ikisi təbii qidalanırlar. “Siyəzən Broyler” toyuqlarının kənd toyuqlarından heç bir fərqi yoxdur. Mən öz evimdə “Siyəzən Broyler” toyuqlarını yeyirəm”.

Qeyd edək ki, “KənDad” toyuq məhsulunun bahalaşdığı müşahidə olunur. Əgər İyunun 19-da bu məhsulun 1 kiloqramı 4,85 manatdan təklif olunurdusa, 22 İyunda qiyməti 5,89 manat təşkil edib (qiyməti 1 manat 4 qəpik və ya 21,4% artıb).

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi