TƏBİB məhkəməyə verildi – SƏBƏB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) avtomobili qayda pozuntusuna yol verib.
Azia.az xəbər verir ki, TƏBİB-ə məxsus avtomobili yol polisi saxlayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Tərtib olunan protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Qeyd edək ki, həmin maddə əsasında TƏBİB 300 manat məbləğində cərimələnə bilər.