"Hyundai Azerbaijan"ın naşı ustaları vətəndaşı ZİYANA SALDI - MÜRACİƏT
"Ötən həftələrdə (13-14 mart) avtomobilimdə ( Hyundai Avante 2016, 1.6 diesel) bəzi nasazlıqlar ortaya çıxdı, tam dəqiq iki nasazlıq;
1) P1223 - "EGR, Exhaust Gas Recirculation" - EGR, İşlənmiş qazın təkrar dövriyyəsi,
2) P0473 Differential pressure sensor - diferensial təzyiq sensoru..." Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Cavid İsgəndərov adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: ""Hyundai Azerbaijan"ın Xırdalandakı rəsmi servisinə getdim. Bu sadaladığım nasazlıqları həmin bu servisdə diagnostika edib mənə təqdim etdilər. Bu nasazlıqları aradan qaldırılmasının bizim servisdə mümkün olmadığını dedilər və bu problemin yalnız EGR sisteminin bağlanması, yəni ləğv olunması ilə həll olunmasın qeyd etdilər. Məni Biləcəri qəsəbəsində olan Motel servis-ə yönəltdilər. Orda 220 azn ödəməklə EGR sistemin ləğv elətdirdim.
Ondan sonra avtomobilimdə çıxan problemləri sizinlə paylaşıram;
- Benzin sərfiyyatının 2dəfə artımı ( 5-5.7 olan sərfiyyat indo 11.4-12 oldu)
- Avtomobilə yüngül qaz verəndə boğulur,
- Göy rəngdə tüstü çıxır və dizelin iyisi salona vurur
Bu problemlər heç biri əvvəllər yox idi.
Sonda qeyd etmək istərdim ki, EGR sisteminin bağlanması (mən sonradan araşdıraraq öyrənmişəm) bir başa olaraq maşının konfiqrasiyasına ziddir və Hyundai Azerbaijan “ustalarının” bu nüansı bilməməsi isə ayrı bir tragekomediyadır.
Mənə dəyən bütün maddi və mənəvi zərərə görə bir başa olaraq Hyundai Azerbaijan və onların məlumatsız “ustaları” məhsuliyyət daşıyır".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage