azia.az
azia.az

“Bank of Baku”dan inanılmaz fırıldaq:müştərinin pulu oğurlandı

17-11-2016, 14:40

“Bank of Baku”dan inanılmaz fırıldaq:müştərinin pulu oğurlandı
“Bank of Baku” kredit ödənişini gecikdirən müştərilərə qarşı inanılmaz dələduzluğa əl atıb

Bu barədə adının açıqlanmasını istəməyən, Bakıda orta məktəblərdən birində çalışan müəllimə məlumat verib.
O, bankın maaş kartından qanunsuz yolla pul çəkdiyini deyib:
“Bir neçə gün öncə maaş alarkən əmək haqqının 270 manat az olduğunu gördüm. Mühasibatlıqda maraqlandım, məlum oldu ki, “Bank of Baku” iki aydır gecikdirdiyim kredit borcunu kartdan silib. Maraqlıdır ki, maaş kartı “Kapital Bank”a məxsusdur, “Bank of Baku” maaş kartından pul çəkə bilməz. Çünki kart haqda məlumatlara sahib deyil.
Mühasibatlıqdan bildirdilər ki, “Bank of Baku”ya kart haqda məlumatları “Kapital Bank” ötürüb, iki bank haqda bu barədə gizli razılaşma var.
Amma məncə bu qanun pozuntusudur. Heç bir bank müştərinin icazəsi olmadan onun şəxsi məlumatlarını digər bir banka ötürə bilməz, müştərinin razılığı olmadan onun hesabından pul çəkə bilməz.
Bu, təkcə mənim yox, tanıdığım bir neçə müəllimin başına gəlib. “Bank of Baku” və “Kapital Bank”ı məhkəməyə verməyi düşünürük”.
Məsələ ilə bağlı Tərəfdar.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bankların bu addımını tamamilə qanunsuz adlandırıb:
“Bu, gizlilik haqda qaydaların pozulmasıdır. Həmin banklar məhkəməyə verilməlidir. Məhkəmənin qərarı ilə “Bank of Baku” və “kapital Bank” cəzalandırılmalıdır. Tamamilə qeyri-qanuni əməliyyatdır.
Sadəcə bir məsələ var, müqavilə şərtinə baxmaq lazımdır ki, müştəri buna icazə verib, yoxsa yox. İnanmıram ki, elə bir şərt olsun, amma hər ehtimala qarşı baxmaq lazımdır. Yoxdursa, mütləq banklar məhkəməyə verilməlidir.
Həm də bu məsələ ictimailəşməlidir ki, digər banklar nəzarəti gücləndirsin, bank sirrləri digər banklar tərəfindən əldə olunmasının qarşısı alınsın.
Bu, birbaşa bank sirri haqda qanunun pozulmasıdır.
Əgər zərərçəkən tək deyilsə, qrup halında bankları məhkəməyə vermək olar. Bu tip hadisələrdə məhkəmələrin düzgün qərar verdiyi hallar olub. Bu baş verməsə, zərərçəkənlər Avropa İnsan Hüquqları Məhkəməsinə qədər bu işi aparsalar, ödədikləri kreditdən 10 dəfə artıq konpensasiya alacaqlar”.
azia.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi