ABŞ Konqresi Ukraynaya 10 milyard dollarlıq yardımı təsdiqləyəcək
ABŞ Konqresi bu həftə Ukraynaya 10 milyard dolların ayrılmasını təsdiqləməyi planlaşdırır.
Xəbər verilir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin qanunvericilərə göndərdiyi məktubda deyilir.
“ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək üçün 10 milyard dollar tələb edib. Konqres bu həftə bu fövqəladə maliyyəni təsdiq etməyi planlaşdırır”, - məktubda qeyd edilir.