Benzinin qiyməti bahalaşdı
Türkiyədə benzinin bir litrinin qiyməti 69 lirə, dizelin qiyməti 1.14 lirə bahalaşıb.
"Margin.az" xəbər verir ki, həm benzinin, həm də dizelin bir litrinin qiyməti 11 lirəni ötüb.
Məlumata görə, Türkiyədə dolların lirə qarşısında kəskin bahalaşması benzinin qiymətinin artmasına səbəb olub.
Bayden: “Benzin qiymətlərindəki artımı dayandıracam”
Qazaxıstan benzin və dizelin ixracını qadağan edib
Aİİ ölkələri arasında benzin ən çox Ermənistanda bahalaşdı
Əlavə edək ki, Türkiyədə dünən benzinin bir litrinin qiyməti 56 lirə bahalaşıb. Son artımla benzinin bir litrinin satış qiyməti İstanbulda 10,92 lirədən 11,61 lirəyə, Ankarada 10,93 lirədən 11,62 lirəyə, İzmirdə 10,99 lirədən 11,68 lirəyə yüksələcək.
Dizelin bir litrinin qiyməti isə İstanbulda 11,46 lirəyə, İzmirdə 11,54 lirəyə, Ankarada 11,52 lirəyə yüksəlib.