Benzinin qiyməti bahalaşdı
Cari ilin dekabrın 6-dan 12-dək Rusiyada benzinin bir litrinin orta qiyməti 0.10 rubl artaraq 49,97 rubl təşkil edib.
"Margin.az" xəbər verir ki, "Aİ-92" markalı benzinin bir litrinin qiyməti 0.8 rubl bahalaşaraq 46,96 rubla çatıb.
"Aİ-95" markalı benzinin bir litrinin qiyməti 0.9 rubl artaraq 50,82 rubla, "Aİ-98" markalı benzinin bir litrinin qiyməti isə 0.16 rubl artaraq 59 rubla çatıb.