azia.az
azia.az

Çörək niyə bahalaşıb? - VİDEO

4-10-2021, 09:03


Bakı şəhəri ərazisində təndir çörəyi fərqli qiymətlərə satılır.

Çörək niyə bahalaşıb? - VİDEO

Məlumata görə, elə təndirxanalar var ki, əvvəllər qiyməti 50 qəpik olan çörək indi 1 manata qədər bahalaşıb.



Bahlaşmaya səbəb kimi müxtəlif amillər əsas gətirilir. Çəkiliş apardığmız bir təndirxanada 800 qramlıq çörək 1 manata satılır. Satıcılar deyirlər ki, məcburiyyətdən belə addım atıblar.



Paytaxtda təndir çörəyinin 60 qəpiyə satıldığı ərazilər də var. Amma bu da müvəqqəti xarakter daşıyır. Satıcılar bildiriblər ki, yaxın günlərdə qiymət artımı qaçılmaz olacaq.



Alıcılara aşağı qiymətlərə az çəkili çörəklər də təklif olunur. Satıcıların sözlərindən belə başa düşülür ki, onlar bahalaşmanı unun və digər məhsulların qiyməti ilə əsaslandırırlar.



Lakin xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, istehsalçılar tərəfindən satılan unun hər tonuna görə dəyirman sahiblərinə verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi