azia.az
azia.az

Un ucuzlaşdı, bəs un məmulatları? - Video

12-05-2016, 17:29

Un ucuzlaşdı, bəs un məmulatları? - Video Devalvasiya müddətində unun bir kisəsinin qiyməti dövlət nəzarətindən sonra, ucuzlaşandan sonra bu, un məmulatlarının qiymətinə birbaşa təsir etməli idi. Ancaq, şirniyyat istehsalı ilə məşğul olan bəzi müəssisələr bu vəziyyətdən istifadə edib qiyməti süni artırıblar.
Bəziləri devalvasiya müddətində unun qiymətində yaranan bir neçə günlük artımdan hələ də istifadə edirlər.
Satıcılar deyir ki, əvvəl 30-35 qəpiyə satılan bulka hazırda 40 qəpiyə satılır. Bununla yanaşı, şəkərbura və paxlavanın qiymətində də müəyyən qədər artım var.
Şirniyyat məhsulları istehsal edən müəssisələr isə qiymətləri qaldırılmadıqlarını deyirlər. Sahibkarların fikri alıcı və satıcıların sözləri ilə üst-üstə düşməsə də fakt ortadadır ki, un məmulatlarının qiymətində müəyyən qədər artım müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi