azia.az
azia.az

Məşhur fast food şəbəkəsinin Bakıda restoranı bağlandı

3-09-2021, 13:39

Məşhur fast food şəbəkəsinin Bakıda restoranı bağlandı
Məşhur fast-food şəbəkəsi olan "Burger King”in "28 Mall"-da fəaliyyət göstərən restoranı bağlanıb, bu barədə Azia.az-a 28 Mall ticarət və istirahət mərkəzinin məlumat bölməsindən bildirilib.

"Burger King"in fəaliyyətinin dayanmasına səbəb kimi pandemiya göstərilib.

Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov bildirdi ki, sahibkar hesabının bağlanması ilə bağlı həmin şirkətdən onlara heç bir müraciət daxil olmayıb.

"Ola bilər ki, Burger King" Azərbaycanda başqa bir şirkətin nəzdində fəaliyyət göstərib. Buna görə də onların fəaliyyətin dayandırılması barəsində nazirlikdə elan yerləşdirilməyib. "Burger King" əvvəllər "TAB GİDA” qida şirkəti ilə əməkdaşlıq edirdi", - deyə Şahin Məmmədov qeyd edib.

"Burger King Corporation” – ABŞ şirkətidir. 2013-cü ilin sonuna olan göstəricilərə əsasən, "Burger King” dünyanın 79 ölkəsində 13 min restorana sahibdir. Bunun 66%-i ABŞ-da yerləşir. Onlardan 90%-i françayzinqdir.

Azərbaycanda 2018-ci ildən fəaliyyətə başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi