Azərbaycandan İtaliyaya ixrac 2 dəfə artdı
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 4,357 milyard dollar dəyərində məhsul ixrac edilib ki, da ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz çoxdur.
Azia.az xəbər verir ki, bu ilin ilk yeddi ayında Azərbaycanın ümumi ixracatında İtaliyanın payı 38,24 faiz olub. 2020-ci ilin yanvar-iyul aylarında isə bu göstərici 32,12 faiz olub.
Azərbaycanın İtaliyadan idxalı isə 261,6 milyon dollar olub. İtaliyanın Azərbaycanın ümumi idxalındakı payı il ərzində 0,03 faiz azalaraq 4,15 faizə düşüb.