azia.az
azia.az

Azərbaycandan Ukraynaya turist axını 67 faiz artdı

18-08-2021, 22:01

Azərbaycandan Ukraynaya turist axını 67 faiz artdı
2021-ci ilin ilk altı ayı ərzində Ukraynaya 1 424 471 əcnəbi səfər edib. Bu isə 2020-ci ilin birinci yarısı (2 milyon nəfər) ilə müqayisədə 31%, karantindən əvvəlki 2019-cu ilin analoji dövrü (təxminən 6 milyon nəfər) ilə müqayisədə 75% azdır, lakin 2020-ci ilin ikinci yarısı ilə müqayisədə 9% çoxdur.

Azia.az xəbər verir ki, bu barədə Ukraynanın Turizm İnkişafı Dövlət Agentliyinin (TİDA) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2021-ci ilin birinci yarısında turist axınındakı artım dinamikası əsasən Səudiyyə Ərəbistanı (40 dəfə), ABŞ (+69,6%), Azərbaycan (+67%), Ermənistan (+100%) və Gürcüstan (+40%) kimi ölkələrdən gələnlərin sayəsində olub.

TİDA Ukraynaya gələn əcnəbilərin 70%-nin avropalılar (2020-ci ilə nisbətən 10% az), 24%-nin Asiya regionu təmsilçiləri (8% çox), 2,8%-nin Şimali Amerikadan, 1,7%-nin isə Afrikadan gələnlər olduğunu açıqlayıb.

Digər tərəfdən, ukraynalıların özləri ilin ilk yarısında ötən illə müqayisədə 15% daha çox xaricə səyahət ediblər. Ümumilikdə 5,7 milyon vətəndaş səfərə çıxıb. Ən populyar istiqamətlər Türkiyə (774 min nəfər) və Misir (705 min nəfər) olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi