azia.az
azia.az

"Arsenal" Mxitaryanı satır: Erməni futbolçu 3 dəfə Dağlıq Qarabağda olub

26-05-2019, 18:47

"Arsenal" Mxitaryanı satır: Erməni futbolçu 3 dəfə Dağlıq Qarabağda olub
Qalmaqallı futbolçu Azərbaycana qarşı vuruşmuş hərbçilərin ailəsinə dəstək verib . Britaniyanın “The Daily Star” qəzetinin Arsenalın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı yaydığı məlumatda deyilir ki, Arsenal onunla bu yay vidalaşmaq fikrindədir. 30 yaşlı oyunçu ola bilər ki, bundan sonra sadəcə bir dəfə Arsenalın heyətində yaşıl meydana çıxsın. 7 nömrəli oyunçu Henrix Mxitaryan bu mövsüm cəmi 11 dəfə meydana çıxıb. Qolla nəticələnən 3 ötürməyə imza atıb. Baş məşqçi Unai Emery onun oyunundan məmnun deyil. 20 komandanın mübarizə apardığı İngiltərə premyer liqasısında o, meydana əsas heyətdə çıxmayıb, daha çox ehtiyat oyunçular sırasında yer alıb. O, Manchester United-dən (2016-2018) Arsenala transfer olduqdan sonra aldığı yüksək maaşa müvafiq oynamayıb. Hazırda o, Arsenal klubunda ən yüksək maaş alan oyunçuları Məsut Özil və Pierre-Emerick-lə yanaşı dayanır. “The Daily Star” qeyd edir ki, “The Sun” Henrix Mxitaryanın gedişi ilə bağlı daha öncə yazmışdı ki, Arsenal bu yay onun gedişinə mane olmayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi