azia.az
azia.az

Qələbə “Arsenal”ı 3-cü yerə yüksəldib

2-04-2019, 08:33

Qələbə “Arsenal”ı 3-cü yerə yüksəldib
İngiltərə Premyer Liqasında XXXII tura yekun vurulub.

ONA-nın məlumatına görə, turun son matçı Londonda keçirilib.

“Arsenal” öz meydanında “Nyukasl”ı qəbul edib. Hər hissədə bir qol vuran paytaxt futbolçuları meydandan üç xalla ayrılıblar.

Bu qələbə “topçular”a iki pillə irəliləmək imkanı yaradıb. “Mançester Yunayted”lə “Tottenhem”i arxada qoyan “Arsenal” 3-cü yeri ələ keçirib.

Qeyd edək ki, Premyer Liqada növbəti oyunlara sabah start veriləcək.

İngiltərə Premyer Liqası
XXXII tur
1 aprel
“Arsenal” – “Nyukasl” – 2:0
Remsi, 30, Lakazett, 83


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi