azia.az
azia.az

"Bakıda orta səviyyə yoxdur: ya pulun var, ya da heç yoxdur"

4-02-2019, 14:31

"Bakıda orta səviyyə yoxdur: ya pulun var, ya da heç yoxdur"
Azia.az xəbər verir ki,"İnter"lə müqavilə bağlayanda Azərbaycanı tanımırdım, harda yerləşdiyini bilmirdim".

Bunu "İnter"in sabiq futbolçusu Yohan Bokonyano deyib.

Hazırda "Bastiya"nın şərəfini qoruyan mərkəz müdafiəçisi Fransa mətbuatına maraqlı müsahibə verib. 29 yaşlı oyunçu Azərbaycanda keçirdiyi dönəmi də xatırlayıb.

O, Bakı xatirələri barədə bunları deyib: "Səmimi deyirəm, möhtəşəm ölkəyə getdim. 6 saatlıq uçuşdan sonra səhər 4-də Bakıya çatdım. Üç saatlıq fərq var idi. Hələ təyyarədə olarkən şəhərə baxdım və Bakının fövqəladə yer olduğunu gördüm. Onlar Bakıya "kiçik Dubay" deyirlər. Müasir, gözəl binalar, təmiz yer var idi. Ancaq köhnə Bakı da gördüm. Məni 150 m2 ölçüdə böyük və xüsusi mənzilə yerləşdirdilər. Oğlum üçün uşaq baxıcısı tutdular və orda gözəl park var idi. Məhəllədə elə də böyük olmayan supermarket var idi. Supermarketdə bir oğlan çalışırdı. İşi qapının qarşısında səni qarşılamaq və alış-veriş edəcəyin yerə qədər aparmaq idi. Ona 4 manat verirdim. Həmçinin şəxsi avtomobillərindən taksi kimi istifadə edən insanlar var. Onlar çox ucuz qiymətə işləyirlər. Özünüzü aldatmayın, bəzi yerlərdə üzüntü var. Bu məni incidirdi. Həqiqətən də, insanlara kömək etmək istəyirsiniz. Bakıda orta səviyyə yoxdu: ya pulun var, ya da heç yoxdu".

Qeyd edək ki, 2014-cü ilin yanvarında "İnter"ə keçən Yohan Bokonyano il yarım ölkəmizdə qalıb.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi