Azərbaycan MİLLİSİ vətənə əliboş dönmədi
Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.
Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.