azia.az
azia.az

İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim

27-08-2018, 16:56


Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. Mənə verilən məlumata görə, Lahıcda hotellər tikilir, bir hotel indi məktəbin önündə inşa edilir. Mən bunu da alqışlayıram.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, “nə qədər çox turist gəlsə, ölkəmizə o qədər də çox pul gələcək”.

“Bax, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir. Mən istəyirəm ki, hər bir yerdə, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin, dolanışıq yaxşı olsun. Ona görə biz bütün lazımi infrastruktur layihələrini icra edirik, o cümlədən İsmayıllı rayonunda”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı İsmayıllıda açılışı baş tutmuş obyektlərdən də söz açıb:

“Mən dünən İsmayıllı rayonunun bəzi obyektlərinin açılışında olmuşam. Həm yeni heyvandarlıq kompleksi, aqropark, yarımstansiya, yollar – bütün bunlar İsmayıllı rayonunun inkişafına xidmət göstərir. İsmayıllı rayonunda qazlaşdırmanın səviyyəsi 75 faizdir.

Biz içməli su layihəsini icra etmişik, İsmayıllı şəhərinin içməli su problemi həll olunub. Bir çox kənd yolları salınıb. Dünən istifadəyə verdiyimiz yarımstansiya nəinki İsmayıllı rayonuna, qonşu rayonlara da enerji ötürür. İndi yarımstansiya ancaq 40 faiz gücü ilə işləyir. Yəni, İsmayıllı rayonunun gələcək inkişafı üçün bizdə indi bütün enerji təsərrüfatı mövcuddur”.

İlham Əliyev İsmayıllıda xalçaçılıq fabrikinin açılması və orada 150 qadının işlə təmin olunduğunu, xalçaçılıq sənətini yaşadaraq, yaxşı gəlir əldə etdiyini vurğulayıb və bunun bir Azərbaycan reallığı olduğunu qeyd edib.

“Ən ucqar yerdə infrastruktur yaradılır, təhsil müəssisələri tikilir, yollar, qaz xətləri çəkilir ki, insanlar rahat yaşasınlar. Əminəm ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların - həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq. Mən şadam ki, bu gün sizinlə birlikdəyəm.

Mən lahıclılarla müxtəlif sərgilərdə dəfələrlə görüşmüşəm - Bakıda, Mehriban xanımın xətti ilə Heydər Əliyev Fondunun tədbirlərində, xarici ölkələrdə lahıclılar öz sənətini nümayiş etdirirlər. Hər dəfə də onlar məni dəvət edirdilər, mən də hər dəfə deyirdim ki, gələcəyəm. Amma bir daha demək istəyirəm, istəyirdim ki, əliboş gəlməyim. Sizi bir daha təbrik edirəm”, - deyə dövlət başçısı bildirib.
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim
İlham Əliyev: İstəyirdim ki, əliboş gəlməyim


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi