azia.az
azia.az

Sidneydə möhtəşəm boks gecəsi: Tim Tszyu Errol Spensi üstələdi

Bu gün, 16:28

Tim Tszyu üç versiya üzrə keçmiş dünya çempionu, amerikalı Errol Spensi məğlub edib.

Ölkə.az xəbər verir ki, Sidneydə 72.5 kq-a qədər aralıq çəki dərəcəsində keçirilən 12 raundluq döyüş hakimlərin yekdil qərarı ilə Tim Tszyunun qələbəsi ilə başa çatıb.

Bütün hakimlər qələbəni böyük üstünlüklə avstraliyalı boksçuya veriblər - 118:110, 117:111 və 117:111.

31 yaşlı Tim Tszyunun peşəkar karyerasında artıq 28 qələbə (18-i nokautla) və üç məğlubiyyət var. O, son yeddi döyüşündə dördüncü qələbəsini qazanıb.

Tim Tszyu valideynlərinin 1992-ci ildə Avstraliyaya köçməsindən iki il sonra bu ölkədə anadan olub. O, peşəkar rinqdə debütünü 17 dekabr 2016-cı ildə edib.

Tszyu karyerası ərzində IBF versiyası üzrə Avstraliya və Asiya çempionu, WBC versiyası üzrə Avstraliya və kontinental Asiya çempionu, WBO versiyası üzrə Asiya-Sakit okean regionu çempionu, Ümumdünya Boks Assosiasiyasının (WBA) Okeaniya üzrə müvəqqəti çempionu, Birlik ölkələrinin çempionu tituluna, həmçinin WBO-nun qlobal və qitələrarası kəmərlərinə sahib olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi