azia.az
azia.az

Xanlar Fətiyev avstraliyalı deputatları belə tora salıb-İDDİA

31-07-2019, 16:40


Azia.az təqdim edir. Araşdırmaçı jurnalist Cavanşir Həsənli növbəti dəfə olqarx deputat Xanlar Fətiyevin biznes dünyasından yazıb...:
Xanlar Fətiyev avstraliyalı deputatları belə tora salıb-İDDİA
"Nümayəndələr Palatasının erməni dəyirmanına su tökən biabırçı hesabatları ilə tanış olun

Azərbaycanı beynəlxalq aləmdə biabır edənlər bizlərə "ölkəmizi biabır etməyin" deyirlər. Amma baxın, bunların özlərinin əməlləri dövlətimizin, xalqımızın adına necə xələl gətirir. Bu gün sizə Avstraliya parlamentinin Nümayəndələr Palatasının rəsmi hesabatlarını təqdim edəcəyəm ki, kenqurular və dəvəquşular ölkəsində dəvəquşu siyasəti yürüdənlər bir az da öz ölkəmizdə biabır olsunlar.
Ötən yazımda Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun rəhbəri (o həm də Gəncə Avtomobil Zavodunun rəhbəridir), olqarx deputat Xanlar Fətiyevin Azərbaycandan Gürcüstana, Gürcüstandan Belarusiyaya, Belarusiyadan Almaniyaya uzanan çoxşaxəli, "qərbyönümlü" biznes imperiyası barədə yazmışdım.
Yazmışdım ki, bu hələ hamısı deyil. Bəli hamısı deyil, çünki həm də Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəri olan cənab Fətiyevin Özbəkistana, oradan uzaq Avstraliyaya kimi uzanan şirkətlərini də siyahıya daxil etsək, o qitələr tanımayan oliqarx kimi bir "dünya imperatoru"dur.Xanlar Fətiyev avstraliyalı deputatları belə tora salıb-İDDİA
Özbəkistan paytaxtında oliqarxa məxsus AZNUR şirkəti Avropada olduğu kimi avtomobil icarəsi biznesi və turizm sahəsində fəaliyyət göstərir.
Avstraliyanın paytaxtı Kanberradakı AZNUR PTY LTD şirkəti də eyni biznes sahəsi ilə məşğuldur, bir də üstəlik iki ölkə arasında siyasi və iqtisadi münasibətlərə xələl gətirən fəaliyyət də göstərib.
Qısa arayış: AZNUR PTY LTD 2010-cu il yanvarın 15-də OZMOTO EVENTS PTY LTD adı ilə Qərbi Avstraliyada, MOUNT LAWLEY-də qeydiyyata ( qeydiyyat nömrəsi: 141510812)
alınıb. 2011-ci il martın 22-də şirkətin adı AZNUR PTY LTD olaraq dəyişdirilib və yenidən qeydiyyatdan keçirilib. Şirkət 2016-cı il oktyabrın 1-dən 402/189 Kent Street, Sydney, NSW 2000 ünvanında 105 kv metrlik ofisdə fəaliyyət göstərir. Ofis 3 illiyinə AIHL PROPERTIES AUSTRALIA PTY LIMITED şirkətindən 55650 dollara icarəyə götürülüb.
Bu şirkətin və onun sahibi olan Fətiyevin adı Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaranmış xoşagəlməz qalmaqalla bağlı hesabatlarda çəkilir. Hər şey Avstraliya parlamentinin Azərbaycanla bağlı işçi qrupunun Liberal Partiyadan olan üzvü cənab Craig Kelly-nin 2016-cı ildə Azərbaycanda keçirilən referendumdan sonra öz facebook hesabında "Avstraliya seçkini Azərbaycandan öyrənməlidir" fikrini ifadə etməsindən sonra başladı. Tənqidlər bir yana, Avstraliya parlamentinin Nümayəndələr Palatası Kelly və 2018-ci ildə Azərbaycandakı prezident seçkilərini müşahidəçi olaraq izləmiş digər deputatlarla bağlı araşdırmalar aparıb. Nümayəndələr Palatasının yekun hesabatlarına görə, Avstraliyanın 45-ci çağırış parlamentinin üzvləri Craig Kelly, Milton Dick, Maria Vamvakinou, Concetta Fierravanti-Wells və Steve Georganas 2018-ci il aprelin 6-dan 13-nə qədər Bakıda səfərdə olarkən, bütün xərclər (təyyarə biletləri, otel və yemək) Azərbaycan hökuməti adından Fətiyevə məxsus AZNUR PTY LTD tərəfindən ödənilib. Üstəlik hesabatlarda qeyd olunur ki, həmin şəxslərə rüşvət olaraq Xanlar Fətiyev və Azərbaycanın bu ölkədəki fəxri konsulu Aydan Rzayeva tərəfindən hədiyyələr, bahalı xalçalar verilib. Məsələn Xanlar Fətiyevin senator Concetta Fierravanti-Wells-ə təqdim etdiyi xalça 1876 dollar dəyərində qiymətləndirilib.Xanlar Fətiyev avstraliyalı deputatları belə tora salıb-İDDİA
Bu hesabatdan sonra Avstraliyada Azərbaycanla bağlı hansı təsəvvürlərin formalaşdığını deməyə ehtiyac yoxdur. Avstraliyadakı erməni lobbisi aylardan bəri bu hesabatlardan Azərbaycana qarşı ciddi şəkildə istifadə edir. Elə uzağa getməyək, bu günlərdə bu ölkənin Rayd şəhərinin erməni işğal altındakı Xankəndi ilə qardaşlıq qərarı spontan məsələ deyildi. Dar siyasi düşüncələrdən çıxış edərək Azərbaycan haqqında formalaşdırdıqları neqativ rəylər belə nəticələr doğurur.
Sənədlərlə bağlı Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun üzvü deputat Asim Mollazadənin fikirlərini öyrənməyə çalışdım. Amma cənab Mollazadə münasibət bildirməyərək, susmağı üstünlük verdi".
Xanlar Fətiyev avstraliyalı deputatları belə tora salıb-İDDİA
Xanlar Fətiyev avstraliyalı deputatları belə tora salıb-İDDİA
Xanlar Fətiyev avstraliyalı deputatları belə tora salıb-İDDİA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi