azia.az
azia.az

İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazanıb

Bu gün, 07:39

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

 

İngiltərə millisi Meksika ilə qarşılaşıb. Mexiko stadionunda reallaşan görüş İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə yığmasında Cud Bellinqem və Harri Keyn fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones və Raul Ximenez dəqiq zərbə müəllifi olublar.

 

Qeyd edək ki, İngiltərə növbəti raundda Norveç seçməsi ilə qarşılaşacaq.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi