İspaniya və Portuqaliya 1/8 finalda
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha iki oyunu başa çatıb və 1/8 finalın daha iki iştirakçısı müəyyənləşib.
Xəbər verilir ki, turnirin favoritlərindən sayılan İspaniya millisi ABŞ-nin Los-Anceles şəhərində yerləşən “Sou-Fay” stadionunda Avstriya yığması ilə üz-üzə gəlib. Qarşılaşma ispanların 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Mikel Oyarsabal 36 və 89-cu dəqiqələrdə dubla imza atıb. Digər qolu isə 66-cı dəqiqədə Pedro Porro vurub.
Günün digər matçında isə Portuqaliya millisi Xorvatiya ilə qarşılaşıb. Oyunda hesabı 53-cü dəqiqədə İvan Perişiç açsa da, portuqaliyalılar geri dönüş etməyi bacarıblar. Komandanın kapitanı Kriştianu Ronaldu 68-ci dəqiqədə penaltidən fərqlənərək hesabı bərabərləşdirib. Qələbə topunu isə əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində Qonsalu Ramuş vuraraq Portuqaliyaya 2:1 hesablı qələbə qazandırıb.
Beləliklə, həm İspaniya, həm də Portuqaliya 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundda futbolsevərləri maraqlı qarşılaşma gözləyir. Belə ki, İspaniya və Portuqaliya milliləri 1/4 finala vəsiqə uğrunda üz-üzə gələcəklər.
Qeyd edək ki, bundan əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları da 1/8 finala yüksəlmişdilər.