azia.az
azia.az

​Anası öldü, Dünya Çempionatını tərk etdi

Bu gün, 10:47

Fransa yığma komandasının baş məşqçisi Didye Deşam 2026-cı il FIFA Dünya Çempionatı zamanı aldığı acı xəbərlə sarsılıb.

Xarici mediaya istinadla xəbər verilir ki, təcrübəli mütəxəssisin anası vəfat edib.

Deşam bu xəbərdən sonra təcili olaraq milli komandanın düşərgəsini tərk edib.

Fransa Futbol Federasiyası baş məşqçinin anası ilə vidalaşmaq məqsədilə ölkəsinə qayıtdığını təsdiqləyib. Didye Deşamın dəfn mərasimində iştirak edəcəyi və komandanın Norveçə qarşı keçirəcəyi oyunda ehtiyat oyunçular skamyasında yer almayacağı bildirilib. Milli komandaya rəhbərlik etmək müvəqqəti olaraq onun köməkçisi Qay Stefaya həvalə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi