Millimizdən qol buraxan qapıçı DÇ-2026-ya aparılmayacaq?
PSJ-nin qapıçısı Lüka Şevalye oyun praktikasının çatışmazlığı səbəbindən Fransa milli komandasının dünya çempionatı üçün nəzərdə tutulan yekun heyətindən kənarda qala bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
24 yaşlı qolkiperin Paris təmsilçisinin son oyunlarında ehtiyat skamyasında qalması və Matvey Safonovla rəqabətdə əsas heyətdəki yerini itirməsi milli komandanın məşqçilər heyətində ciddi narahatlıq yaradıb.
Əgər Şevalye yaxın müddətdə klubundakı statusunu dəyişə bilməsə, onun martda keçiriləcək toplanışa dəvət almaq şansları minimuma enəcək.
Vəziyyətin ciddiliyini nəzərə alan millinin qapıçılar üzrə məşqçisi Frank Ravio artıq alternativ namizədləri nəzərdən keçirməyə başlayıb.