azia.az
azia.az

Havaya görə futbol matçları təxirə salındı

Bu gün, 13:39

İranın paytaxtı Tehranda havanın çirklənməsi səbəbindən futbol oyunları təxirə salınıb.

”Ölkə.az” xəbər verir ki, bu haqda İran dövlət televiziyası Tehran Dövlət Futbol Federasiyasının Səhiyyə Komitəsinin mövzu ilə bağlı yazılı açıqlamasını yayıb.

Açıqlamada bu gün keçirilməsi planlaşdırılan bütün futbol matçlarının Tehranda havanın çirklənməsi səviyyəsinin artması səbəbindən təxirə salındığı bildirilib.

Havanın Keyfiyyətini Ölçmə Şirkətinin apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirklənməsi hər kubmetr üçün 149 mikroqram olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi