Dünya çempionatının qalibi bu ölkə olacaq - Proqnoz
"Opta" 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı barədə proqnoz verib.
Xəbər verilir ki, "Opta" hazırkı Avropa çempionu İspaniya millisini mundialın qalibi olmağa namizəd ölkələr arasında daha üstün hesab edib. Proqnoza görə, İspaniyanın dünya çempionatının qalibi olmaq şansı 17 faizdir. Fransa millisi 14,1 faizlə ikinci yerdə qərarlaşıb.
"Opta"nın proqnozuna görə, İngiltərə millisinin mundialın qalibi olmaq şansı 11,8 faiz, son dünya çempionu Argentinanın qalib olmaq şansı isə 8,7 faizdir.