Daha bir güləşçimiz medal qazandı
Azərbaycanın qadın güləşçisi Elnura Mammadova (50 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.
Xəbər verilir ki, idmançı üçüncü yer uğrunda görüşdə Əlcəzair təmsilçisi Çeyma Şebilanı 5:0 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş medal əldə edib. Jalə Əliyeva (57 kq) isə final qarşılaşmasına çıxacaq.