azia.az
azia.az

“İmişli”dən “Qarabağ”la bağlı kinayəli paylaşım – VİDEO

Bu gün, 17:16

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubunun paylaşımı maraqla qarşılanıb.

Azia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, klub rəsmi “İnstagram” hesabında özləri ilə bağlı sarkazmlı video paylaşıb.

Paylaşımda iki foto yer alıb. Şir şəklinin qarşısına “Qələbədən sonra növbəti oyuna hazırlaşan biz”, eyni rənglərdə olan biskvit fotosunun qarşısına isə “Rəqibimizin “Qarabağ” olduğunu yadımıza salanda”, – sözləri yazılıb.

Bu da sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunun gülməli olduğunu, digərləri isə klubun özünə hörmətsizlik etdiyini bildiriblər.

Qeyd edək ki, “İmişli” Premyer Liqanın 10-cu turunda “Qarabağ”ı qonaq edəcək. Görüş 31 oktyabr saat 14:00-da Quba OİK-də baş tutacaq.

Sözügedən paylaşımı təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi