İran futbolunda qalmaqal
İranın Azadegan Futbol Liqasında baş verən insident gündəm olub.
Xəbər verilir ki, “Damaş Gilan” – “Nəssaci Mazandaran” futbol komandaları arasında keçirilən oyunda qonaqlar meydan sahiblərini 0:5 hesabı ilə məğlub ediblər.
Beşinci qoldan sonra “Damaş”ın qəzəbli futbolçularından biri dözməyərək meydana daxil olub və komandasının qapıçısını vurub. pizza mizza
“Qapıda dayana bilmirsənsə, meydanı tərk et, yerinə mən keçərəm!”, – o, əsəbi halda qışqırıb.
Hadisə stadionda çaşqınlıq yaradıb.