azia.az
azia.az

“Qarabağ”ın əldə etdiyi rekord qazanc bəlli oldu - MƏBLƏĞ GÖRÜN NƏ QƏDƏERDİR

Bu gün, 17:03

UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə görə Macarıstan çempionu "Ferensvaroş"u mübarizədən kənarlaşdıraraq (ümumi hesab 5:4) əsas raunda vəsiqə qazanan "Qarabağ" büdcəsini xeyli zənginləşdirib.

Azia.az  valyuta.az-a istinadən xəbər verir ki, Ağdam klubu tarixində ikinci dəfə əsas mərhələyə yüksəlməklə UEFA-nın hər bir komandaya çatan 18,62 milyon avroluq (təqribən 36,85 milyon manat) mükafatını qazanıb. Bu, Azərbaycan futbolu tarixində qazanılan ən yüksək mükafatdır.

Bu məbləğ bir az daha arta bilər. Turnirin mükafat qaydalarına əsasən iştirakçıların reytinqinə əsasən əlavə bonus da ödənir.

Qeyd edək ki, Liqa mərhələsindəki qazanılacaq hər qələbənin dəyəri 2,1 milyon avro (4,155 milyon manat), heç-heçənin mükafatı isə 750 min avro (1,484 min manat) təşkil edir.

Hər il Çempionlar Liqasında kəskin mübarizənin səbəbi də məhz budur – qalib komandalar hər mövsüm milyonlarla qazanc əldə edir.

Bəs “Qarabağ” turnirin sonunda nə qədər qazanc əldə edə bilər?

Ağdam klubu UEFA Çempionlar Liqasının qalibi olarsa, yekunda 111.710.000 € qazana bilər.

UEFA Çempionlar Liqasından paylanmış gəlirin böyük hissəsi "bazar fondu" ilə əlaqəlidir. Bunun paylanması hər ölkədəki televiziya bazarının dəyəri ilə müəyyənləşdirilir.

Liqanın hər mərhələsinin sonunda qalib komandalara pul mükafatı verilir. 2024/2025 mövsümündən başlayaraq gəlirin bölüşdürülməsi aşağıdakı kimidir:

•    Pley-off mərhələsi:  4,290,000 avro
•    Liqa mərhələsi üçün baza məbləği: 18,620,000 avro
•    Liqa mərhələsinin qələbəsi: 2 milyon 100 min avro
•    Liqa mərhələsinin püşkatması: 700 min avro
•    Liqa mərhələsi top 8: 2.000.000 avro
•    Liqa mərhələsi 9-dan 16-ya qədər: 1,000,000 avro
•    1/16 final: 1,000,000 avro
•    1/8 final: 11 000 000 avro
•    1/4 final: 12 500,000 avro
•    Yarımfinal: 15 000 000 avro
•    İkinci yeri tutanlar: 18 500,000 avro
•    Çempionlar: 25,000,000 avro

Nəticə etibarı ilə Çempionlar Liqasının qalibi yekunda ümumilikdə 111.710.000 € qazanacaq.

Qaliblərə 50 qızıl, ikinci yerin sahiblərinə də eyni sayda gümüş medal təqdim olunur. Yarışın qalibi həmçinin turnirin kubokuna da sahib çıxır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi