azia.az
azia.az

Prezident biabırçı məğlubiyyətdən danışdı

Dünən, 08:11

FKSB klubunun prezidenti Cici Bekali ÇL-nin II təsnifat mərhələsi üzrə ev oyununda "Şkendiya"ya qarşı biabırçı məğlubiyyətdən sonra jurnalistlərə açıqlama verib.

Offsideplus.az "Romania TV"yə istinadən xəbər verir ki, biznesmen nəticənin utancverici olduğunu söyləyib. 

"3, 4 və ya 5 ay müddətinə futboldan danışmayacam. Yaşananlar utancvericidir. Bu ana qədər komanda mənə danışmağa imkan verirdi. Bundan sonra nə deyim? Komanda məni lağa qoyursa, danışmağa haqqım var? Mən də bu problemə gülürəm. Sizinlə birlikdə gülürəm. Bundan sonra mənimlə əlaqə saxlamayın, mərhələnin keçsək, danışacam. İndi isə gərək ağzımı yumum. Avropa Liqasına vəsiqə qazansaq, xoşbəxt olacam".

Xatırladaq ki, C.Bekali daha öncə artı mərhələni keçdiklərini,"Qarabağ"ın səviyyəsinin FKSB-dən aşağı olduğunu və onları darmadağın edəcəklərini söyləmişdi. "Şkendiya"ya hər iki oyunda (0:1; 1:2) məğlub olan Rumıniya klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi