azia.az
azia.az

Ulduz FUTBOLÇUYA GÖZLƏNİLMƏZ TƏKLİF

26-05-2025, 16:26

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın daha bir klubunun maraq dairəsinə düşüb.

 Almaniya mətbuatına istinadən xəbər verilir ki, 28 yaşlı hücumçu “Fortuna”nın hədəfindədir.

Düsseldorf klubu yayda azad agent statusu alacaq forvardı transfer etməyi düşünür.

Mahirin keçidini klubun Direktorlar Şurasının üzvü Klaus Allofs və idman direktoru Kristian Veber istəyir.

 “Nürnberq”lə müqaviləsi başa çatmaqda olan Mahir “Sankt Pauli” və “Kayzerslautern”in də hədəfindədir. Hücumçunun özü də Almaniyada qalmaq istədiyindən “Fortuna” bundan yararlanmaq iddiasındadır.

Qeyd edək ki, “Fortuna” 2-ci Bundesliqada mövsümü 6-cı yerdə başa vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi