azia.az
azia.az

MİLLİMİZ AVROPA ÇEMPİONU OLUB

14-04-2025, 07:36

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub.

Xəbər verilir ki, Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan komanda 151 xalla Avropanın ən güclüsü adını qazanıb.

Bu, millimizin 2-ci Avropa çempionluğu olub.

Qeyd edək ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. "Report" 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi