Azərbaycan futbolunun birinci şəxsi: "Bunun üçün küllü miqdarda vəsait lazımdır"
Uşaq futbolu, regionlarda futbolun inkişafı, akademiyaların yaradılması üçün küllü miqdarda vəsait lazımdır. Bunu AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.
O, bu məsələdə özəl sektorun da rol oynadığını qabardıb:
"Maliyyə dayanıqlılığı təmin olunmalıdır. Yalnız AFFA-nın, dövlətin vəsaiti hesabına bütün işləri görmək çətin olacaq.
Dünyada gəlirin əsas hissəsini özəl sektor təşkil edir".