azia.az
azia.az

"Barselona" Neymarın qarşısına şərt qoydu: "Bunu et, gəl"

Bu gün, 09:47

"Barselona" Neymarı komandaya qaytarmaq üçün ona öz tələbini çatdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Diario Sport" yayıb. 

Mənbənin məlumatına görə, kataloniyalılar braziliyalı ulduzun qarşısına şərt qoyub: o, mövsümün sonuna qədər 15 və daha çox qol vurarsa, transferi nəzərdən keçirəcək.

Bundan əvvəl Braziliya mətbuatı Neymarın "Barselona"ya qayıtmaq istədiyi barədə məlumatlar yaymışdı.

Qeyd edək ki, bir müddət öncə "Santos"a keçən Neymar artıq 3 qol vurub. Yeddi oyuna çıxan ulduz hücumçu 4 dəfə matçın ən yaxşısı seçilib. O, həmçinin 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 33 yaşlı hücumçu 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.

Mirağa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi