Pulun içində “üzən” "Turan Tovuz"da indi nə çatmır? - VİDEO
"Turan Tovuz"a sabitlik çatmır".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında efirə gedən "Futbolumuz" verlişinin növbəti buraxılışında qərb klubunun Premyer Liqadakı çıxışına münasibət bildirib.
Tanınmış teleşərhçi qeyd edib ki, Kurban Berdiyevin çalışdırdığı komanda turnir cədvəlinin liderlər qrupunda yer alsa da, son vaxtlar nəticələri qeyri-stabildir, bəzən oyunu alınmır, bəzən də baxımsız futbolu ilə diqqət çəkir.
Ekspertin fikrincə, "Turan"ın dördüncü yeri tutmaq uğrunda əsas rəqibi «Sabah»dır. Abbasov «Neftçi»nin bu mübarizəyə qoşula biləcəyini istisna etməyib.