azia.az
azia.az

Türkiyə İslandiyanı darmadağın etdi

10-09-2024, 10:03

UEFA Millətlər B Liqası 4-cü qrup matçında Türkiyə İslandiyanı qəbul edib.

Xəbər verilir ki, İslandiya torlarına 2 qol göndərən Kerem Aktürkoğlu Milli Komanda forması ilə ilk dəfə matçda 3 qolun dadını çıxarıb.

Ay-Ulduzlular tarixində İslandiyaya qarşı ən erkən qolun da müəllifi olan Kerem Aktürkoğlu Türkiyənin Millətlər Liqasında da ən erkən qolunu vurub.

İslandiya qapılarına üç qol göndərən Kerem Aktürkoğlu, Burak Yılmazdan sonra (2021-ci ilin martında Hollandiyaya qarşı) Milli Komandanın forması ilə het-trik edən ilk oyunçu olub.

Eyni zamanda, İzmirin düşmən işğalından azad edilməsinin 102-ci ildönümündə əllərində türk bayraqları ilə tribunaları dolduran izmirli idmansevərlər yürüşlərdə milli komandaya dəstək olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi