Azərbaycan idmançılarına sanksiya tələb olunub-Ölkəmizə qarşı çirkin kompaniya
Beynəlxalq Xristian Həmrəyliyi (CSI) hüquq müdafiə təşkilatı Azərbaycana qarşı qərəzli kompaniya başladıbmış.
Offsideplus.az xəbər verir ki, təşkilat Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Azərbaycan idmançılarını Olimpiya Oyunlarından uzaqlaşdırmağı tələb edib.
Buna səbəb guya Ordumuzun “Dağlıq Qarabağda” etnik təmizləmə aparması olub.
Həmçinin bildirilib ki, təmsilçilərimizin yalnız neytral statusda çıxış etmələrinə icazə verilsin.
Lakin onların bu ittihamları və iddiaları əsassız olduğu üçün BOK məsələyə vaxt belə ayırmayıb.