azia.az
azia.az

Ramil Şeydayev Türkiyədə 200 min avro itirdi

18-06-2024, 13:01

Almaniyanın tanınmış “Transfermarkt” portalı Türkiyə Birinci Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib.

Redaktor.az xəbər verir ki, hazırda Birinci Liqanın ən dəyərli azərbaycanlı futbolçusu millimizin və “Kocaelispor”un hücumçusu Ramil Şeydayevdir.

Onun hazırkı qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq onun transfer dəyərində 200 min avro azalma müşahidə edilib.

Millimizin digər üzvü, "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalıb və 650 min avro kimi (təxminən 1,18 milyon manat) qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi